Əhəd Abıyevin "dostları" da korrupsiyaya görə həbs edildi - özü isə...

  • 08 fev 2021, 00:06
Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb. Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir.
Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.
"Demokratik.Az" onu da xatırladır ki, həbs edilən şəxslərlə icra başçısı Əhəd Abıyevin yaxın dostluq münasibətləri olub.
Məlumata görə, bu həbsin ardından Əhəd Abıyev tutduğu vəzifəsindən uzaqlaşdırılacaq.
Demokratik.Az
Oxşar xəbərlər