Demokratik TV
DTX-nın saxladığı XİN-in maliyyə idarə rəisi Lamiyə Canəhmədova kimin qızıdır?
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan şəxslərdən ikisinin adı məlum olub. Əməliyyatda saxlanılanlar Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və XİN Maliyyə idarəsinin rəisi Lamiyə Canəhmədovadır.
Saxlanılanların konkret olaraq hansı əməldə ittiham olunduğu açıqlanmasa da DTX-nin saytında yerləşdirilən məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Müstəqil jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, XİN-in Maliyyə idarəsinin rəisi, Dövlət Təhlükəsizlik Xidmətinin bu gün keçirdiyi əməliyyat zamanı saxlanılmış Lamiyə Canəhmədovanın həyat yoldaşı Anar Canəhmədovla bağlı da araşdırma aparılır. Anar Canəhmədov XİN-in Amerika ölkələri üzrə idarə rəisidir. Lamiyə Canəhmədovanın XİN-də Maliyyə idarəsinin rəhbəri təyin olunmasında Anar Canəhmədovun nazir Elmar Məmmədyarovla yaxın dostluq münasibətləri mühüm rol oynayıb.
Anar Canəhmədovun atası professor Əhəd Canəhmədov isə Milli Aviasiya Akademiyasının kafedra müdirdir, 2013-cü ildən Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalının baş redaktordur. Jurnalın təsisçisi Anar Canəhmədovun qardaşı, Britaniya-Avstraliya Cəmiyyətinin üzvü Elmar Canəhmədovdur.