DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT

  • 08 may 2020, 13:45
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları az öncə nazirlikdə əməliyyat keçirib. Saxlanılan var.
Bu barədə axşam.az saytı məlumat yayıb. Bildirilir ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov hüquq-mühafizə yetkililəri tərəfindən saxlanılıb.
Yaxın saatlarda nazir müavininin saxlanması barədə geniş açıqlama veriləcəyi gözlənilir.
**************
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Bununla bağlı DTX məlumat yayıb.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Demokratik.Az
Oxşar xəbərlər