Naxçıvanın məşhur kəndlərinin statusu DƏYİŞDİRİLİR

  • 08 iyun 2020, 11:09
İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.
İclasda “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılacaq.
Belə ki, Babək qəsəbəsinə şəhər statusu, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusunun verilməsi tövsiyə olunur.
Məsələ Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.
Həmçinin deputatlar məsələ ilə bağlı  öz fikirlərini bildirəcəklər.
Oxşar xəbərlər