Demokratik TV
Xəbər lenti
GÜNDƏM: - Milli Məclis büdcə müzakirələrinə başladı
- 13 noy 2018, 11:06
Bu gün – noyabrın 13-də Milli Məclisin növbəti iclası keçiriləcək.
Bunlar, ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihələridir.
Həmçinin iclasda "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsi (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi (ikinci oxunuş), "Notariat haqqında" qanununun layihəsi də müzakirə olunacaq.
2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında da müzakirəyə çıxarılacaq.
Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq.
Qeyd edək ki, bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Milli Məclisdə büdcə müzakirələri başlayır
GÜNDƏM - Milli Məclis payız sessiyasına başlayır
Milli Məclis sonuncu dəfə toplaşır – Gündəlikdə 39 məsələ var
Hesablama Palatasının xərcləri azaldıldı
Milli Məclisin xərcləri azaldılır
Milli Məcis 40 məsələyə görə toplanır
MM-in növbəti plenar iclasının gündəliyi məlum olub
Milli Məclis gələn həftə 36 məsələni müzakirə edəcək
MÜJDƏ: Büdcəmiz 3 milyard böyüdü: maaşlar artır, tibbi sığorta gəlir...
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti