YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO

  • 16 iyun 2019, 00:43
Sosial şəbəkələrdə Azərbaycan ordusunun Ermənistan ordusunun mövqelərinə minaatanlarla zərbə endirdiyini əks etdirən görüntülər yayılıb.
Demokratik.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda yanan avtomobillər görüntüləri və erməni dilində danışan şəxslərin və atılan raketlərin səsi eşidilir.
İddia olunur ki, video görüntülər dünən cəbhənin Fizuli istiqamətində qeydə alınıb. Düşmən bu istiqamətdə irimiqyaslı təxribat həyata keçirməkk istəyib.
Məlumat üçün qeyd edək ki, bu gün Ermənistan mətbuatında da bu barədə məlumat yayılıb. Qarabağdakı seperatçı rejimə istinadən yayılan məlumatlarda bildirilir ki, Azərbaycan tərəfi erməni mövqelərinə raket və minaatanlarla (5 ədəd AQS-17) zərbələr endirib. 

Bildirək ki, məlumatı hərbi jurnalist Elgün Gəncimsoy paylaşıb. 


Oxşar xəbərlər