“Azərbaycan ordusu amansız zərbə endirir”Erməni mediasının etirafı

  • 02 apr 2016, 19:15

Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinin mövqelərinə aramsız zərbələr endirir.

 

APA-nın xəbərinə görə, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.
 

Erməni KİV-in məlumatına görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan erməni əhali təşviş içindədir: "Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. İnsanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıb. İnsanların bəziləri zirzəmilərdə gizlənir. Davam edən şiddətli atışma zamanı Ermənistanın 6 tankı məhv edilib, 12-15 artilleriya sistemi sıradan çıxarılıb".
 

Erməni mətbuatında yayılan digər bir xəbərə görə isə Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələri və eləcə də Talış kəndinin ətrafındakı yüksəklikləri ələ keçiriblər.

 

Qeyd edək ki, Müdafiə Nazirliyi 100 erməni əsgərin məhv edildiyini, "Lələ təpə" və Talış kəndi ətrafındakı yüksəkliklərin, eləcə də Seysulan məntəqəsinin düşmən qüvvələrindən tam təmizləndiyi barədə məlumat yayıb. Məlumatda ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğularının da məhv edildiyi bildirilib.

Oxşar xəbərlər