Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?

  • 17 apr 2019, 14:37

"Deputat Çingiz Qənizadə Qarabağ Müharibəsi Vetiranı, iki ayağın itirmiş, Birinci Qrup Əlilin əmlakına əl qoyub". Bu barədə xəbəri jurnalist Fikrət Fərhadoğlu yayıb.

 

"Çoxdandı görmədiyim bir dostumun ağır xəstə olduğunu eşidib evinə gedib onunla görüşdüm. Hal-əhval tutduqdan sonra bir az dərdləşdik.

Təqaüddə olan polis kapitanı, Qarabağ Müharibəsi Vetiranı, Homadializ Şəkər Xəstəsi, Birinci Qrup Əlil Səmədov Elşən Şərif oglu, Çingiz Qənizadənin onun başına açdığı müsübətdən danışdı.

İki ayağı da olmayan, homadializ şəkər xəstəsi, birinci qrup əlil söhbət zamanı bildirdi ki, Binəqədi rayon 8 mik İbrahim Paşa Dadaşov küçəsi 91A qanununi sənədləri tam öz adına olan obyektini Millət Vəkili Çingiz Qənizadə əlindən alıb.

Elşən Səmədovun halal pulu ilə ərsəyə gətirdiyi fərdi dolanışığı olmuş obyekti, onun iynə dərmanına müalicəsinə sərf edilirmiş. Amma iki aylıq xəstəxanada yatdığı vaxt hörmətli deputat Çingiz Qənizadə oranı işğal edib. Millət vəkili əllilin haqqını yeyərək həmin tiklini dağıtdırıb özünə iqamətgah tikdirib".

Zərərçəkmiş jurnalist dostuna deyib ki, Çingiz Qənizadə bu haqsızlığı Binəqədinin keçmiş icra başçısının köməkliyi ilə həyata keçirib. Jurnalist özünün facebook səhifəsində belə bir çağırış edib: "Əziz dostlar və media nümayəndələri" Gəlin Qarabağ Müharibəsi Veteranı, Homadializ Şəkər Xəstəsi, Birinci Qrup Əlil, iki ayağını da itirmiş Səmədov Elşən Şərif oglunun yanında olub ona kömək edə(yin)k. Onun haqqının oğurlanmasınına qarşı çıxıb, ədaləti bərpa edə(yin)k..!
Məlumata görə, haqqının pozulduğunu iddia edən Səmədov Elşən mətbuat konfransı keçirməyi də düşünür. Bununla yanaşı, Səmədov Elşən Şərif oglunun saytlarda və sosial şəbəkələrdə video müsahibələrinin yayımlanacağı deyilir.

Qarşı tərəfin söz haqqına sayğımızı ifadə edirik.

İttihamın əsaslı olub-olmamasını da öyrənməyə çalışacağıq...

Demokratik.Az

 

 

 


 


Oxşar xəbərlər