24 yaşlı qızı öldürən gənc Fərəcov kimdir?

  • 04 may 2017, 15:07

24 yaşlı qızı öldürən gənc hansı məmurun qardaşı oğludur?

Dünən Bakının Bakıxanov qəsəbəsində "Porsche Cayenne Magnum” markalı avtomobillə gənc qızın həyatına son qoyan Ağaəli Fərəcovun atası ilə bağlı maraqlı məlumatlar məlum olub. 

A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. "Qaynar" criminal.az-a istinadən xəbər verir ki, F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ''Badu kübə'' restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klubları tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən niyə imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.

Ağəli Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur.

Qeyd olunur ki, mərhum X.Məmmədova 2 uşaq anası idi və o, paytaxtdakı gözəllik salonlarından birində işləyirdi.

Xatırladaq ki, dünən 24 yaşlı Xəyalə Məmmədovanı Fərəcli Ağaəli qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobillə vurub qaçıb. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır. X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.

 

Demokratik.Az

Oxşar xəbərlər