"Zakir Fərəcov Bakının torpaqlarını hərraca qoyub"

  • 24 dek 2014, 19:12

Bakı kəndlərinin sakinləri torpaq fondunun dağıdılmasıdan şikayətçidirlər.

Bakı Dirçəliş İttifaqının sədri Abbasağa Məmmədli Avropa.info-ya  deyib ki, narazı kəndlərin sakinləri yaxın günlərdə Bakının torpaq fondunu dağıtmış məmurlara qarşı mübarizəyə başlayacaq: 

"Bakı kəndlərində hər bir kəndin kolxoz və sovxoz torpaqları vardı.  Bu torpaqlar kəndlərə yox, Abşeron rayonuna tabe idi. Xəzər rayonu Bakı şəhər İcra Hakimiyyətinə tabedir. Ancaq bu rayonda yerləşən 2 saylı sovxoz Abşeron rayonunun tabeliyindədir. Sovet hökuməti, kolxoz quruluşu dağıldı, ancaq Bakı kəndlərinə məxsus torpaqlar hələ də Abşeron rayonunun balansındadır. Bu gün də bundan sui-istifadə edən Abşeron rayonu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu torpaqları hərraca qoyub. Hətta bizə məxsus olan torpaqları xarici vətəndaşlara da satıb”. 

A. Məmmədli deyib ki, Baklı kəndlərinin əhalisi Bakı Dirçəliş İttifaqına müraciət edərək onlara köməklik göstərilməsini xahiş edib: "Camaat istəyir ki, torpaq islahatı aparılsın, əhalinin torpaqları qaytarılsın. Bakı kəndləri əhalisinin əsas məşğuliyyəti əkinçilikdir. Torpaq yoxdu deyə, əhali işsizdir, sosial durum ağırdır. Bakı kəndlərinin torpaq islahatı tələbini lazımi orqanlara çatdırmaq üçün fəalliyətə başlamışıq. Yaxın günlərdə mətbuat konfransı keçirəcəyik”. 

 

Demokratik.Az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər