Demokratik TV
Xəbər lenti
" Allahına zəng vur, gəlsin görək kişidir, ya arvad"
- 23 iyul 2016, 18:24
Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov Hərbi Məhkəmədə vaxtilə işgəncə verdiyi şəxslə üzləşərkən ağlayıb.
V.Ələsgərovun nazirliyi dövründə Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan, İŞİD-ə məlumat ötürməkdə ittiham edilən, sözügedən idarədə ağır işgəncələrə məruz qalan keçmiş hərbçi N.Ağasıyev deyib:
"Məhkəmədə başıma gətirilən əhvalatları danışdım. Bu zaman Vəli Ələsgərov ağlaya-ağlaya məhkəmənin sədri Qasım Əliyevə dedi ki, mənim evdə 5 gözləyənim var, göydə Allah var, mənə yazığınız gəlsin. Mən onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?! Və yaxud, əgər sən Allahı tanıyırdınsa, niyə içəridə telefonu uzadıb deyirdin ki, zəng vur, gəlsin görək Allah kişidir, ya arvad?”
Qeyd edək ki, V.Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunur.
V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. (virtualaz.org)
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Naxçıvanın sabiq MTN naziri həbs edildi
Naxçıvan “Beriyası” həbs olundu, növbə Eldar Mahmudova çatır?
Sabiq deputata görə 6 iş adamı azadlığa buraxıldı
İlhamənin köməkçisi barədə MƏHKƏMƏNİN QƏRARI
"MTN-in 7 vəzifəli şəxsi həbs olunub" - Baş Prokurorluqdan rəsmi açıqlama
Nazirliyin keçmiş Aparat rəhbərinin həbs müddəti uzadıldı
Həbs edilən "MTN"çilərin dəqiq adları və vəzifələri məlum oldu - SİYAHI
Cahangir Hacıyev təcridxanaya köçürülüb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti