Direktora qarşı "qara piar"ın arxasında Adil Vəliyev durur - İNK rəhbəri açıqladı

  • 25 dek 2020, 16:08
İctimai Nəzarət Koalisiyasının (İNK) rəhbəri Rasim Məmmədov son günlər media gündəmini zəbt edən, 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın özünə təmtəraqlı ad günü keçirməsinə münasibət bildirib. İNK rəhbəri olayda adıkeçən bacısının əməlini sərt şəkildə qınamaqla baş verənlərin süni şəkildə şişirdilərək əslində özünə və ailə üzvünə qarşı "qara piar" təşkil edilməsinə də diqqət çəkib. 
"Demokratik.Az" bildirir ki, ictimai fəal bacısının polis və təhsil nazirliyi tərəfindən cəzalandırıldığını, lakin Sabunçu rayonunun icra başçısı Adil Vəliyevin bəzi "trol" jurnalistlərə sifarişilə olayın hələ də süni şəkildə media diqqətində saxlanıldığını qınayıb. 
Onun dediklərindən aydın olur ki, baş verənlərin arxasında qisasçılıq da dayanır.
Belə ki, Rasim Məmmədov iddia edir ki, o öz fəaliyyətində Adil Vəliyevin rüşvətxor və korrupsioner əməllərini dəfələrlə qınayıb. Və məlum olayın sistemli şəkildə tirajlanması, bu qədər böyüdülməsi Adil Vəliyevin istəyilə reallaşır.
Doğrudan da ölkənin daha ciddi problemlərini qabartmayan bəzi media adamlarının sözügedən direktora aramsız hücumlarında sifarişin qoxusu gəlir. Bu barədə daha müfəssəl bilgiləri paylaşmağa çalışacağıq!
İNK sədrinin öz iş otağında "azadsəs" və "Azərbaycanreallığı"na verdiyi videomüsahibəni təqdim edirik:
Oxşar xəbərlər