Reynmenə böyük ŞOK: 10 il həbs edilə bilər

  • 17 fev 2022, 19:05
Türkiyənin məşhur sənətçisi, Reynmen ləqəbi ilə tanınan müğənni Yusuf Aktaşın aparıcı Bircan Balini "hədələmək" və "təhqir etmək" maddəsi ilə 4 ilə qədər mühakimə olunduğu iş üzrə məhkəmə prosesi keçirilib. Reynmenin 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
"Haber Global" xəbər verir ki, iki il əvvəl Aktaş Ece Erken və Bircan Balinin təqdimatında yayımlanan televiziya proqramında haqqında deyilən ifadələrdən sonra sosial media hesabında paylaşım etmişdi.

Sənətçi paylaşımında:

"Qaralamalarınız bitmədi. İnsanların şəxsi həyatından danışmaqdan başqa hansı xüsusiyyətiniz var? Mənə deyin görüm, mənə maraqlıdır. Qanuni olaraq əlimdən gələni edəcəm" deyə bildirmişdi.

Bircan Bali isə məsələ ilə bağlı Aktaşı prokurorluğa şikayət etmişdi.

İstanbul Respublika Prokurorluğunda Yusuf Aktaşa Bircan Baliyə qarşı "hədələmə" və "təhqir" ittihamı ilə 4 il 4 aya qədər həbs tələbi ilə iddia açılmışdı. İstanbul 48-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə müttəhim Yusuf Aktaş və şikayətçi Bircan Balinin vəkilləri iştirak edib.

Respublika Prokuroru, təqsirləndirilən Yusuf Aktaşın hadisə günü sosial şəbəkədə şikayətçi Bircan Balini şantaj etdiyi, “çürük adamsan, ucuzsan, sən şərhlərinə görə ağır bədəl ödəyəcəksən, sizi peşman edəcəm” ifadələrini işlətdiyi və qismən qəbul etdiyi üçün 3 ay 15 gündən 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə mahiyyəti üzrə müdafiə hazırlamaq üçün təqsirləndirilən şəxsin vəkilinə vaxt verərək, iclası təxirə salıb.
Oxşar xəbərlər