TRT ilə AzTV ortaq uşaq televiziyası açacaq

  • 25 dek 2020, 12:23
“Uşaq televiziyasının açılması ilə bağlı TRT bizə müraciət edib”.
Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib: “Bunun üçün yeni layihə hazırlanması istiqamətində işlər gedir. Amma bu çox ciddi bir layihədir, 4-5 ilə bu hələ təkmilləşəcək. Düzdür, bizdə uşaqlar üçün ARB Günəş kanalı var. Amma TRT-nin istəyi odur ki, məhz AZTV ilə ortaq uşaq televiziyası yaradılsın. Amma burda həm də güclü heyət lazımdır. Uşaq televiziyasının açılması daha çox maliyyə tələb edir. Bir cizgi filminin bir dəqiqəsi üçün böyük vəsait tələb olunur. Biz istəmirik xarici cizgi filmlərini dublyaj edib yayımlayaq. Bizim öz milli uşaq televiziyamız yaradılmalıdır”.
Oxşar xəbərlər