Tofiq Abbasov AzTV-də- Tanınmış siyasi şərhçi veriliş aparacaq

  • 03 avq 2019, 19:05

Daha bir tanınmış şəxs "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) fəaliyyətə başlayıb. 

BakuPost xəbər verir ki, siyasi şərhçi Tofiq Abbasov bu həftədən etibarən "Rakurs” ictimai-siyasi verilişində, sentiyabrdan isə "Hədəf” ictimai ictimai-siyasi analitik verilişində aparıcı kimi efirə çıxacaq. Bu verilişlərdə ölkədə və xaricdə baş verən hadisələr təhlil olunacaq.

Tofiq Abbasov 1980-ci illərin əvvəllərindən 1993-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində işləyib. Uzun fasilədən sonra - 2006-cı ildən "Lider” TV-də "Səda” İnformasiya Departamentinə rəhbərlik edib.
Qedək ki, Rövşən Məmmədov AzTV rəhbərliyinə gətirildikdən sonra köklü islahatları aparlıb, yeni layihələrə tanınmış simalar cəlb edilib.

Oxşar xəbərlər