“Eurovision” başlayır - Aysel 26-cı ola bilər - VİDEO

  • 08 may 2018, 18:48

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda Avropanın ən böyük musiqi yarışması olan "Eurovision”ın ilk yarımfinalı baş tutacaq.

Məlumata görə, 19 ölkənin təmsilçiləri müsabiqənin finalçısı adını qazanmaq uğrunda yarışacaq. Onlardan 10 nəfəri finalda yarışmaq hüququ əldə edəcək.

Yarımfinal şousu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Şou İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci çıxış edəcək. O, məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəri olan "X my heart” adlı mahnını ifa edəcək.

Ötən gün isə yarımfinalda iştirak edəcək ölkələrin təmsilçilərinin çıxışları münsiflər tərəfindən müzakirə edilib. Münsiflərə görə, bu il Kipr təmsilçisi Eleni Foureira birinci olacaq. Azərbaycan təmsilçisinin 26-cı olacağı gözlənilir.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinal mayın 10-da, final isə mayın 12-də keçiriləcək. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq edəcək.

 

Oxşar xəbərlər