Xəbər lenti
Bütün xəbərlər

Aysel "Eurovision"-a onlarla çıxacaq - VIDEO

  • 30 mar 2018, 10:08

3-cü "Eurovision” mahnı müsabiqəsinə hazırlıqlar tam sürətlə davam edir

Demokratik.Az xəbər verir ki, "X My Heart” (Cross My Heart) mahnısı ilə ölkəmizi Portuqaliyada keçiriləcək müsabiqədə təmsil edəcək Ayseli səhnədə kimlərin müşahidə edəcəyi məlum olub.

Bu barədə "Infe Azerbaijan” səhifəsi məlumat yayıb.

Bildirilir ki, təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.

Qeyd edək ki, əlavə olaraq səhnə arxasında tanınmış yunan ifaçısı Stefania Rizou Ayselin bək-vokalçısı kimi Azərbaycan komandasında yer alıb.

Demokratik.Az

Oxşar xəbərlər