Xəbər lenti
Bütün xəbərlər

“Keşikçi dağı məbədi təmir olunmalıdır" - aktual məsələ

  • 16 yan 2018, 20:12

"Keşikçi dağı məbədinin təmirə ehtiyacı var. Abidənin "Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilməsinin səbəbi bu ola bilər”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

 Xidmət rəisi qeyd edib ki, abidə təcili təmir olunmalıdır: "Düzdür, təşkilatın açıqladığı kimi böyük mənada təhlükə yoxdur, amma biz də hesab edirik ki, ölkəmizdəki bir çox abidələrdə olduğu kimi, Keşikçi dağı məbədinin də təmirə ehtiyacı var. Abidə Azərbaycan və Gürcüstan arasında neytral zonadadır. Ona görə də onun təmiri ilə bağlı iki ölkə arasında razılıq əldə olunmalıdır. Abidə Azərbaycan dövləti tərəfindən qorunur. Məhz buna görə də təmir üçün Azərbaycan tərəfindən maliyyə ayrıldıqdan sonra bu haqda hər hansı müzakirə aparmaq olar. Hesab edirəm ki, bu məsələ müsbət həllini tapacaq, hər hansı problem olmayacaq. Vəsait ayrılan kimi Keşikçi dağı abidəsində təmir işlərinə başlanılacaq”.

 Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçi dağı məbədi (David Qareci) "Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilib.

Oxşar xəbərlər