Ramiz Mehdiyev prezidentin şərəfinə bu təkəbbürlə ağac əkirdisə əkməz olaydı! - FOTO

  • 29 dek 2021, 21:01
Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə Mərkəzi Nəbatat Bağında salınmış “Prezident çinarlığı”nda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Şərq çinarı əkib. Bu təkəbbürlə, bu minvalla əkirdisə, əkməz olaydı.

Demokratik.Az bildirir ki, AMEA-nın yaydığı məlumat və fotolar sadəcə hiddət doğurur. Fotolardan aydın olur ki, prezidentin şərəfinə ağac əkməyə təşrif buyurmuş Ramiz Mehdiyev səkidən ağacı əkəcəyi yerə kimi daş döşəmə ilə irəliləyib. Vəzifəsini prezident İlham Əliyevə borclu olan akademikin davranışı ayağını palçıqdan qorumaq olub. Fotolardan da görünür ki, o ayağını özü üçün salınmış daş döşəmədən kənara qoymayıb, prezidentin şərəfinə bir ağacı belə əkərkən özünün bəzəkli ayaqqabısına toz qondurmayıb.
Mehdiyevin hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən də hiddətlə qarşılanıb.


Oxşar xəbərlər