Demokratik TV
Xəbər lenti
ƏƏSMN əlilliyi ləğv edilən şəxslə bağlı açıqlama yaydı
- 06 iyun 2021, 15:16

Nazirlikdən verilən məlumatda bildirilir ki, vətəndaşın səsləndirdiyi ittihamlar əsassızdır: “Çünki ötən illərdə Quliyev Elşad Elbrus oğluna hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib.
Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər.
Bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb”.
Xatırladaq ki, adıkeçən vətəndaş dünən prezident İlham Əliyevə səslənərək nazirliyin ona qarşı haqsız davrandığını, əlilliyin təyinatında özbaşınalıqların olduğunu dilə gətirmişdi.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Əlillik necə qiymətləndirilir – Agentlik sədri açıqladı - EKSKLÜZİV
Azərbaycanda 2 min 600 nəfərin əlilliyi LƏĞV OLUNDU
Bir qrup şəxsə saxta əlillik verilib - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bəzi vəzifəli şəxslər cəzalandırıldı
Saxta və yanlış əlillik təyinatları üzə çıxır - ödənişlər dayandı
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
Nazirliyin vəzifəli şəxslərinə cinayət işi başlanıldı
“Əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlər var” – Deputat
Səlim Müslümov 8 məmuru işdən çıxardı
Həbs edilən xəstəxana direktorunun kimlərdən rüşvət adığı məlum oldu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti