Xankəndidə Paşinyanın arvadının Milad ağacını uçurtdular

  • 26 dek 2020, 21:21
Xankəndidə Paşinyanın həyat yoldaşı Anna Hakobyanın qurmaq istədiyi bayram çadırları və Milad ağacı sökülüb.
Baş nazirin həyat yoldaşı 26-27 dekabr tarixlərində Yeni il tətilini təşkil etmək qərarına gəlib və fondundan 4750 hədiyyə verib.
Lakin bu təşəbbüs ermənilər arasında narazılıq və qıcıq yaradıb və açılış günü bu yersiz tədbiri pozmaq niyyətinə düşüblər.
Bundan əlavə, aksiyanı keçirənlər Ermənistan ordusunun əsl itkilərini üzə çıxarıblar. 14 noyabrda Mikael Minasyan Facebook səhifəsində Nikol Paşinyanı Ermənistanın itkilərinin sayını ictimaiyyətdən gizlətməkdə günahlandırıb:
“Gerçək budur ki, 5 gün əvvəl Nikola bildirildi ki, indiyə kimi bizdə 2250 ölü, morqda əlavə olaraq 1400 ölü və hələ morqda olmayan 1100 itkin var. Yəni 4750 ölüm təsdiqlənib və Paşinyana sənədlərdə təqdim edilib”, – deyə Minasyan yazıb.
Dağlıq Qarabağdan Ermənistana köçürülmüş 2-6 yaş arası uşağa 4750 hədiyyə ilə bayram təşkil edən Hakobyan dolayısı ilə Ermənistan Silahlı Qüvvələrinin əsl itkilərini təsdiqləyib.
“4700 deyil, 4800 deyil. 4750 hədiyyə. Bu bir təsadüf deyil, kinayəli bir istehzadır”, – deyə ermənilər sosial şəbəkələrdə yazırlar.
Oxşar xəbərlər