Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

  • 16 sen 2019, 11:08

"Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris klinikasında müalicə aldıqdan sonra Fransanı tərk edib.

APA xəbər verir ki, bu barədə "BFMTV” telekanalının efirində "Le Parisien” qəzetinin jurnalisti Jan-Mişel Dekyuji bildirb.

"Şumaxer 9 sentyabrda bazar ertəsi günü Parisə gətirilib. Çərşənbə axşamı günü tibbi müayinələrdən keçib və cümə axşamı günü gecə vaxtı Fransadan aparılıb”, - Dekyuji belə deyib.

Onun bildirdiyinə görə, keçmiş yarışçıya kök hüceyrələrinin əlavə olunduğu qan köçürülüb.

Rəsmi olaraq, müalicə kursu ilə bağlı hər hansı bir məlumat verilməyib.

Oxşar xəbərlər