Demokratik TV
Xəbər lenti
Mayda neçə gün evdəyik? - AÇIQLANDI
- 26 apr 2018, 13:28

Bu barədə "APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
Şöbə müdiri qeyd edib ki, 9 May- Faşizm üzərində Qələbə günü çərşənbə gününə təsadüf edir və qeyri-iş günüdür: "28 May - Respublika günü isə bazar ertəsinə düşdüyündən həmin günün qeyri-iş günü olması ilə yanaşı, bu, eyni zamanda, beşgünlük iş həftəsi üzrə işləyənlərin üç gün (şənbə, bazar və bayram günü olan bazar ertəsi) ardıcıl olaraq istirahət etməsinə imkan verəcək”.
E.Babayev onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş "2018-ci ilin istehsalat təqvimi”nə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır: "Bu norma altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsi üzrə çalışanlara da şamil edilir”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Novruz bayramında bir həftə iş olmayacaq
Prezident seçkisi 17 oktyabrda baş tutacaq
Üç gün iş olmayacaq
2017-ci ilin tətil günləri açıqlandı
20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama
İşsiz ölkədə qeyri-iş günü
Sabahdan Novruz tətili başlayır
Qurban bayramı namazının vaxtı açıqlandı
5 gün iş olmayacaq
Səlim Müslümovdan kadr islahatı-yeni təyinatlar
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti