"Samsung" fevralın 20-si yeni smartfonlarla gəlir

  • 11 yan 2019, 09:16

"Samsung" şirkətinin yeni "Galaxy" smartfonu fevralın 20-si San-Fransiskoda keçiriləcək tədbirdə təqdim ediləcək.

Trend-in "CNet"ə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasda keçirilən "Consumer Electronic Show" məişət elektronikası sərgisində bildirilir.

Məlumata əsasən, "S10" smartfonları 3 modeldən ibarət ola bilər - standart "Galaxy S10", böyüdülmüş ekran razmeri olan "S10 Plus" və büdcə modeli "S10 Lite" və ya "S10 E".

Eksperlərin fikrincə, "Samsung" qatlanan "Galaxy X" modelini də təqdim edə bilər.

Oxşar xəbərlər