"Samsung S7" ilk gündən rekord səviyyədə satıldı

  • 13 mart 2016, 13:25
Cənubi Koreyada "Samsung S7” və "Samsung S7 Edge” mobil telefonlarının satışı görünməmiş rekorda imza atıb.
 
Bu barədə şirkətin rəsmiləri məlumat veriblər.
 
Məlumata görə, satışa çıxarıldığı ilk iki gündə 100 mindən çox mobil telefon satılıb.
 
"Satışın 40 faizi "Samsung S7 Edge”nin payına düşüb”, - şirkətdən bildirilib.
 
Qeyd edək ki, "Samsunq S7” telefonları "S6”lardan akkumlyatorun gücü və toz və nəmə qarşı qoruyucu gücünün olması ilə fərqlənir.

axar.az
Oxşar xəbərlər