Xəbər lenti
Bütün xəbərlər

Gəncədə 27 yaşlı kişi bıçaqlanıb

  • 21 yan 2017, 20:05
Kəlbəcər rayon sakini Gəncədə bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncədə məcburi köçkünlər üçün salınan yeni şəhərcikdə yaşayan Kəlbəcər rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Məlikov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Məlumata görə, bıçaqlanma hadisəsi şəhərin Nizami Gəncəvi küçəsində baş verib. Hadisəni törədənin kimliyi məlum deyil.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər