Xəbər lenti
Bütün xəbərlər

Gəncədə qız atasını bıçaqladı

  • 19 mar 2016, 15:07
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Rayon sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov yaşadığı Gəncə şəhərindəki evdən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. 

E. Daşdəmirov izahatında bildirib ki, xəsarəti motosiklet idarə edən zaman yıxılarkən alıb.   

Araşdırma zamanı E. Daşdəmirova bıçaqla xəsarətin ögey qızı, 1989-cu il təvəllüdlü Günel Nəbiyeva tərəfindən yetirildiyi müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər