Prezidentin maşını daşa basılıb

  • 29 dek 2016, 10:08
Argentina prezidenti Maurisio Makrinin içərisində olduğu avtomobil daşa basılıb.

"Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının bəyanatına istinadən "Clarin" nəşri yazıb.

Məlumata görə, dövlət başçısı insident baş verən zaman Nueken əyalətində olub. On nəfərin prezident maşınına daş atdığı bildirilir. Dövlət başçısı zərər çəkməyib, avtomobilin iki şüşəsi qırılıb. Xüliqanların qarşısını polis alıb.
 
Demokratik.Az
Oxşar xəbərlər