Cahangir Hacıyevin əleyhinə daha bir ifadə verildi

  • 02 sen 2016, 14:45

Cahangir Hacıyev prokurorun suallarını cavablandırdı: "Kreditləri sənin hesabına bağlamayacaqdıq ki...”.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank işi” üzrə məhkəmə prosesi davam etdirilib. 

Prosesdə şahid Hüseynova Kəmilə ifadə verib. O, təqsirləndirilənlərdən Azad Cavadovu tanıdığını və həyat yoldaşının uşaqlıq dostu olduğunu bildirib.

 "2011-ci ildə yoldaşım dedi ki, get banka sənədlərə qol çək. Nəyə qol çəkdiyimi bilmirəm. Mən "Bondotdel”ə çağırılanda nəyə qol çəkdiyimi bildim. Prokuror bildirib ki, K.Hüseynovanın adına 757 min 500 manat kredit götürülüb. Heç bir məbləğ də ödənilməyib. Prokuror bildirib ki, həmin kredit üzrə 666 min manat faiz gəlib. 

Prosesdə Hüseynovanın həyat yoldaşı İbrahim Hüseynov da şahid qismində ifadə verib. O, bildirib ki, Ukraynada yaşayır. Bakıya məzuniyyətə gələndə Azad Cavadov ondan sənədlərə qol çəkməsini istəyib. O, da həyat yoldaşından xahiş edib. İfadə verənlərədn biri də Azad Cavadovun əmisi oğlu Tofiq Cavadov olub. O da oxşar ifadə verərək bildirib ki, A.Cavadovun xahişi ilə Surxanı filialında sənədlərə qol çəkib. Prokuror bildirib ki, həmin kredit 750 min manat olub. Həmin kredit üzrə 680 min əsas, 289 min manat faiz borcu qalır. 

Daha sonar prosesdə Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O, deyib ki, 1997-ci ildən 2008-ci ilə qədər Cahangir Hacıyevin sürücüsü işləyib: "Mənə Mərkəz filialının rəhbəri Anar Sultanov zəng etdi ki, sənədlərə gəl qol çək. Mən də Cahangir Hacıyevdən soruşdum. Cahangir müəllim dedi ki, proyektlərlə bağlıdır. Get imzala. Mən də onun dediyini etdim”. Prokurorun suallarını cavablandıran şahid deyib ki, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb, amma hara xərcləndiyini bilmir və kreditlərə görə pul ödəməyib. Həmçinin, iclasda məlum olub ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat pul olub. Şahid həmin kartlarda xəbəri olmadığını, inidiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib: "İstintaq zamanı ona təqdim olunan sənədlərdən birində mənim imzam yox idi” F.Mehdiyev bildirib ki, onun adına götürülən kreditlərin 80 faizi ödənilib. C.Hacıyev bildirib ki, kreditlər sürücüsünə onun göstərişi ilə verilib. Və həmin vəsaitlər layihələrə xərclənib. C.Hacıyev əlavə edib ki, bütün ödəmələr və krediltərin sərf olunduğu yerlər Vergilər Nazirliyin açdığı cinayət işində var və ona xitam verilib. Sabiq bankir həmin qərarın məhkəməyə təqdim olunmasını istəyib. 

Prosesdə hazırda "Beynəlxalq Bank”da idarə heyəti sədrinin müaşviri vəzifəsində çalışan Emil Mustafayev də ifadə verib. O, 1994-ci ildən bankda müxtəlif vəzifələrdə çalışıb. Son olaraq isə idarə heyyəti sədrinin birinci müavini işləyib. İttihamda yer alan 157 kredit və VİP kreditlərlə bağlı bildirib ki, həmin vəsaitlər C.Hacıyevin göstərişi ilə verilib. O, bildirib ki, kreditlərin verilməsi qanunsuz olub və bununla bağlı Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib. E.Mustafayev onu da əlavə edib ki, VİP kreditlər C.Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib: "Bu cür kreditlər əslində idarə heyyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın Müşahidə Şurasının yekdil qərarı ilə olmalı idi. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər iri həcmli kreditlər də təminatla verilməli olsa da Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib”. 

Prokuror deyib ki, ayrılan kreditlərin Dubay, Albaniya və digər ölkələrdə olan layihələrə xərclənməsi ilə bağlı ifadələr var. E.Rüstəmov da deyib ki, həmin şirkətlərin Beynəlxalq Bankda girov təminatlı kreditləri olub. 

Prokuror: Əgər həmin şirkətlərə kredit ayrılıbsa, niyə fiziki şəxslərin adına plastik kartlar açılaraq şirkətlərə həmin kartlardan vəsait köçürülüb? 

C.Hacıyev: Həmin şirkətlərə 200 milyon dollarlıq vəsait ayrılmışdı. Karltar vasitəsi ilə göndərilən pullar isə səhimlərin və lazımi avadanlıqların nağd şəkildə alınmasına sərf edilib. 

Prokuror: Bunu nə ilə sübut edə bilərsiniz? 

C.Hacıyev: Vergilər Nazirliyinin apardığı yoxlamalarla. 

Prokuror: Əgər həmin layihələr gəlirli idisə, niyə borclar bağlanmırdı? 

C.Hacıyev: Həmin kreditlərin bir hissəsi bağlanırdı. 

Prokuror: Bağlanırdı, amma başqa kreditlərin hesabına bağlanırdı. 

C.Hacıyev: Sizin hesabınıza bağlanmayacaqdı ki... 

Daha sonra vəkillərin suallarını cavablandıran E.Mustafayev niyə məhz C.Hacıyev həbs ediləndən sonra DİN-ə müraciət etməsini belə izah edib: "Rəhbərlik belə göstəriş verirdi”. 

Vəkil: "Rəhbərliyin göstərişi önəmli idi, yoxsa qanun?”. 

E.Mustafayev: "Qanun önəmli idi. Ancaq rəhbərliyin göstərişinə əməl etmək məcburiyyətində idim. Bu cür göstərişlərə əməl etmədiyinə görə filial müdirlərindən biri Cəlil Daşdəmirov işdən çıxarılıb”. 

Məhkəmə prosesndə fasilə elan edilib. Məhkəmənin gedişini az sonra təqdim edəcəyik.

Oxşar xəbərlər