Selə düşən yeddi nəfər xilas edildi

  • 21 mart 2016, 11:20
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda avtomobillərdə vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN)verdiyi xəbərə görə,dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yağan intensiv yağışlar nəticəsində, yolda suyun səviyyəsi qalxaraq 3 minik avtomobilində 7 nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi texnika vasitəsi ilə avtomobilləri və vətəndaşları təhlükəli ərazidən təxliyyə edib. 
Oxşar xəbərlər