İntihara cəhd: Özünü “Kür”ə atdı

  • 19 fev 2016, 20:01
Bu gün günorta saatlarında Müngəçevir şəhərində bir nəfər özünü öldürmək istəyib.

Bizimyol.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində 1 nəfər intihar məqsədi ilə özünü körpüdən "Kür” çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:08-də başa çatıb.
 
Demokratik.Az
Oxşar xəbərlər