Manaf Ağayevə 15 sutkalıq cəza verildi - VİDEO

  • 18 fev 2022, 14:39
Müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, onların barələrində protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Xatırladaq ki, Manaf Ağayev və Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. 
Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. 
Oxşar xəbərlər