Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb

  • 17 fev 2022, 14:13
Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Növbətçi hissəsinə şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər