Mehrac Babayevin oğlu Moskva aeroportunda saxlanıldı

  • 25 avq 2021, 15:14
Rusiyanın paytaxtı Moskva şəhərinin “Vnukovo” aeroportunda azərbaycanlı iş adamı Mehrac Babayevin oğlu Ziya Babayev saxlanılıb.
Qeyd olunur ki, Ziya Babayev İstanbuldan Rusiyaya gizli yolla ümumi dəyəri 36 milyon rubl olan (828 min manat) qızıl-zinət əşyalarını keçirmək istəyib.
Əməliyyat çəkilişinin videosunu “Mash” “Telegram” kanalı yayımlayıb.
Kadrlarda Ziya Babayevin gizli yolla Rusiyaya keçirmək istədiyi boyunbağılar, sırğalar, bilərziklər, saatlar, həmçinin zərgərlik markalarının adları olan qutular nümayiş etdirilib.
Zinət əşyaları müsadirə edilərək ekspertizaya göndərilib.
Qeyd olunur ki, Ziya Babayev gömrük ödənişlərindən yayınmaqla yanaşı, strateji əhəmiyyətli qiymətli əşyaların qaçaqmalçılığına görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Xatırladaq ki, iş adamı Mehrac Babayevin adı Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həbsdəki icraçı direktoru Vüqar Səfərli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesində də hallanır. Belə ki, Vüqar Səfərli ilə jurnalistlərə tikilən binalarda tikinti maxinasiyasında iştirak edən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayevdir. Hamı bilir ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq Mehrac Babayev tikib. Vüqar Səfərli Mehrac Babayevi Fonda işçi kimi “oformit” eləyib, ona hər ay yüksək maaş da yazılıb. Amma bu gün cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında Mehrac Babayevin adına rəsmən rast gəlinmir.

Demokratik.Az 
Oxşar xəbərlər