Bakıda bacısını öldürən məmur oğlu polisə təslim oldu

  • 21 sen 2020, 12:54
Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb.
Nümayəndənin oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb. 
Rəsmi xəbərəgörə, M. Babayev daha sonra könüllü şəkildə gəlib polisə təslim olub.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb (musavat)
Oxşar xəbərlər