Müğənni İlhamə Qasımova karantinə alındı - FOTO

  • 22 mart 2020, 16:27
Azərbaycanlı müğənni İlhamə Qasımova bu gün karantinə alınıb. 
Bu barədə müğənni öz “İnstagram” səhifəsində məlumat yayıb. 
Qeyd edək ki, müğənni 4 ildən çox idi ki, Amerikada yaşayırdı. Bu gün səhər Bakıya çatan müğənni karantinə alınıb. 
Müğənni paylaşdığı videoda onun üçün yaradılan şəraitdən razı qaldığını deyib: “Bakıya çatan kimi aeroportda bizdən pulsuz analiz götürdülər, daha sonra karantinə götürüldük. Bizə verilən otaq çox gözəl və səliqəlidir, hər şeydən çox razıyam. Bunu bilin ki, başqa ölkələrdə test pulludur”. 
Müğənni bütün bunlar üçün Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib. 
Oxşar xəbərlər