Zəlzələdə əri və 3 övladını itirən ana fəryad edir

  • 23 fev 2020, 22:39
İranın Türkiyə ilə sərhədində baş vermiş zəlzələ xeyli canlar alıb. Türkiyənin Van əyalətində zəlzələdən ölənlərin sayı artıb.
Demokratik.Az Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin Van əyalətində zəlzələdə ölənlərdən 4-ü bir ailənin üzvüdür. Hadisədə ata və üç övladı dağıntılar altında qalaraq həyatını itirib. Zəlzələdən yalnız ana canını qurtara bilib.
Ailəsini itirən qadının sözlərinə görə, zəlzələ o həyətdə paltar asarkən baş verib. Həmin vaxt yuxuda olan həyat yoldaşı və üç övladı isə uçan evin altında qalıb.
Xatırladaq ki, zəlzələ bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə qeydə alınıb.
Oxşar xəbərlər