Mavrikiy sahillərində güclü zəlzələ baş verib

  • 02 apr 2019, 08:12

Mavrikiy sahillərində 6 bal gücündə zəlzələ baş verib.

"Report" ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla 18:39 radələrində Port-Matyuren şəhərindən 264 kilometr şimal-şərqdə qeydə alınıb.

Yeraltı təkanların ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Oxşar xəbərlər