Gəncənin çirkli və bərbad keçidi - FOTOLAR

  • 11 may 2019, 17:54

Azərbaycanın ikinci böyük şəhərində - Gəncənin tam mərkəzində yerləşən yeraltı keçidlər bərbad durumdadır. Burada tez-tez işıqlar sönür, içərisi aşırı halda zibillənir, yağış yağanda palçıqlı kənd yolları kimi lap keçilməz olur. Aidiyyatı qurumların bu mövzuya səhlənkarlığı yalnız təəccüb doğurur.

Hər dəfə yağan yağışın süni fəsadı şəhər sakinlərində haqlı narahatlıq doğurub.

"Demokratik.Az"-ın məlumatına görə, son illərrdə dəfələrlə təmirə dayanan şəhər keçidi əsaslı təmirə yenə ehtiyac duyur. Hər gün bu keçiddən istifadə edən insanlar diskonfortdan əziyyət çəkir.

Keçiddə nasaz işıqlandırma sistemləri mövcuddur. Günün günortasında keçidi qaranlıq bürüyür. Divarları "bəzəyən" solğun şəkillər və boş ramkalar da lap göz oxşayır. Axı, niyə belə olmalıdır?

Bugünün mənzərəsini fotolar daha yaxşı danışır.

Sakinləri belə keçidə məhkum edənlərin rəhmi, mərhəməti və məsuliyyəti şəkillərə baxıb oyansa yaxşıdır...

"Demokratik.Az" maraqlı fotoları təqdim edir.

 











 


 

 

      

Oxşar xəbərlər