Xəbər lenti
Bütün xəbərlər

Talıb Talenin atası bugün Göygöl rayonunda dəfn edilib

  • 15 apr 2019, 21:42

Tanınmış müğənni Talıb Talenin atası Ələsgər Ələsgərov bugün son mənzilə yola salınıb. Müğənninin atası Göygöl rayonunda torpağa tapşırılıb. Yaxınlarının bildirdiyinə görə, Talıb Tale atasının vəfatından çox kədərlənib.

İfaçı sosial şəbəkə hesabında atasının fotosunu paylaşaraq kədərini qısaca belə ifadə etmişdi:

"Allah sənə rəhmət eləsin, ata. Haqqında çox söz yazmaq olar, amma hələ ki çox çətindir...".

Qeyd edək ki, T.Talenin atası dializ xəstəsi idi.

"Demokratik.Az" olaraq Talıb Talenin özünə və yaxınlarına başsağlığı veririk, allahdan səbr diləyirik. 

Allah mərhuma qəni-qəni rəhmət eləsin -Amin!


 

Demokratik.Az 

 

Oxşar xəbərlər