Milli qəhrəman Çingiz Mustafayevin atası vəfat etdi

  • 09 apr 2019, 07:45

Mərhum Fuad Mustafayev - Milli Qəhrəman Çingiz Mustafayevin atası

Fuad Mustafayevlə vida bu gün olacaq...

Milli Qəhrəman Çingiz Mustafayev və ANS-in qurucuları, rəhbərləri Vahid və Seyfulla Mustafayev qardaşlarının atası Fuad Mustafayev ötən gün axşam saatlarında dünyasını dəyişib.

Qarabağ savaşımızın rəmzinə çevrilmiş bir ailənin başçısı, peşəkar həbçi Fuad Seyfulla oğlu Mustafayev ötən gün axşam saatlarında vəfat edib.

Veteran hərbçi Fuad Seyfulla oğlu Mustafayev çox iş görüb, ancaq onun əsas işi Vətəninə sonsuz sevgi bəsləyən, onun üçün canlarından belə keçməyə hazır olan 3 oğul böyütməsidir. O, bütün qüvvəsi ilə onlardan cəsur, qorxmaz, güclü, vətənpərvər və faydalı vətəndaş hazırlamağa çalışırdı. Fuad Mustafayev buna nail ola bildi. Həm Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayev, həm onun qardaşları Vahid və Seyfullanın belə cəsur, qorxusuz və böyük partiot kimi yetişməsində məhz "Vətən uğrunda lazım gələrsə öz həyatınızı da vermək lazımdır” deyən ataları Fuad kişinin rolu əvəzsizdir. Böyük oğlu Çingiz də məhz belə etdi... 

Fuad Seyfulla oğlu Mustafayevlə vida mərasimi bu gün olacaq.Mərhum Köhnə Yasamal qəbristanlığında torpağa tapşırılacaq. 

F.Mustafayevin xatirəsi onu yaxından tanıyanların xatirəsində daima yaşayacaq. Kollektivimiz adından onun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.  Allah rəhmət eləsin!​

Oxşar xəbərlər