Çingiz Mustafayevin xatirəsinə ziyafət verildi

  • 09 sen 2017, 15:26

Milli qəhrəman Çingiz Mustafayevin anadan olmasının 57-ci ildönümü münasibətilə ailəsi ziyafət verib.

Axşam.az-ın məlumatına görə, ziyafətə media nümayəndələri dəvət olunub. Tədbirdə Vahid Mustafayev, Mirşahin Ağayev, Seyfəddin Mustafayev, Ç.Mustafayevin atası Fuad Mustafayev yer alıblar.

V.Mustafayev çıxış edərək milli qəhrəmanla bağlı məqalə dərc edən media qurumlarına təşəkkürünü bildirib:

"Çingiz Mustafayevin həm Azərbaycan jurnalistikasında, həm də rep janrının inkişafında rolu olub. Çingizi itirdikdən sonra Mirşahin Ağayevi onun yerinə qoyduq, qardaşımız kimi görürəm".

F.Mustafayev isə "Oğluma çox deyirdim ki, təhlükəli nöqtələrə getmə, səni vuracaqlar. Mənə qulaq asmadı" deyə, söyləyib.

M.Ağayev Ç.Mustafayevlə bağlı xatirələrini bölüşüb. Gecədə daha sonra V.Mustafayevin milli qəhrəmanla bağlı kitabının təqdimatı olub.

Oxşar xəbərlər