Maşını xarab oldu, cərimələndi

  • 13 noy 2018, 12:19

Avtomobili yolda xarab olan sürücü polis tərəfindən cərimələndiyini iddia edir.

Xezerxeber.az  bildirib ki, Şəki sakini Rövşən Əzizov deyib ki, avtomobilində nasazlıq yarandığı üçün dünən Tovuz rayonunda maşın bazarı adlanan ərazidə yolun kənarında saxlamağa məcbur olub. Bu zaman polis əməkdaşı xidməti avtomobili ilə yaxınlaşaraq onu cərimələyib.
Sürücünün dediyinə görə, o, dayanma-durma qaydalarını pozduğu üçün cərimə edilib. Polis əməkdaşı da protokol yazarkən bunu əsas gətirib.

İndi sürücü əsassız yerə cərimələndiyini əsas gətirərək, ona yazılan qərarın ləğv edilməsini istəyir.

Məsələ ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır, avtomobilin saxlanıldığı yerdən əvvəl nişanın olub-olmadığı və sürücünün avtomobilin qarşısında müvafiq xəbərdarlıq nişanı qoyub-qoymadığı dəqiqləşdirilir. Əgər sürücüyə qarşı qanunsuz hərəkətə yol verilibsə, yazılan cəriməyə xitam veriləcək. İdarədən o da bildirilib ki, sürücü 20 gün ərzində qərarın ləğv edilməsi üçün özü də polisə müraciət edə bilər. /qafqazinfo/

Oxşar xəbərlər