Hadisə yerindən qaçan sürücü saxlanılıb

  • 13 mart 2018, 12:36

Martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və M.Hüseynovun həmin gün saat 20 radələrində S.Vurğun küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda hadisənin "Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Qubadlı rayon sakini Gündüz Səfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər