ABŞ-da türk polis başından vuruldu

  • 09 avq 2018, 13:20

ABŞ-ın Kolorado Sprinqs şəhərində vəzifə başında olarkən başından vurulan türk əsilli amerikalı polis Cem Düzelin səhhəti ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, Düzelin hələ də durumunun ağır olduğu bildirilib.

 

 

El Paso Polis Departmentindən verilən məlumatda Düzelin ötən həftə gecə yarısı bir şikayətlə bağlı Olimpiya İdman Mərkəzinə getdiyi deyilib. Orada silahlı münaqişəyə girib və başından vurulub.

Düzeli yaralayan Karrar Noaman adlı cinayətkar saxlanılıb.

Oxşar xəbərlər