İstanbulda polis rəisi başından güllələndi

  • 31 iyul 2017, 20:11
Türkiyənin İstanbul şəhərinin Silivri rayon polis idarəsinin rəisi Hakan Çalışkan qətlə yetirilib.

Oxu.Az-ın Hürriyet-ə istinadən verdiyi məlumata görə, səhər saatlarında işə gələn əməkdaşlar rəisi ölü vəziyyətdə aşkarlayıblar. Onun başından güllələnərək öldürüldüyü məlum olub. Hadisə yerinə gələn prokuror araşdırma aparıb.

H. Çalışkanın evli və 2 uşaq atası olduğu açıqlanıb.
Oxşar xəbərlər