“Odessa” Teyyub güllələndi

  • 25 fev 2018, 13:11

Dünən axşam saatlarında Şirvan şəhərində 52 yaşlı kişi güllələnib.

Virtualaz.org xəbər verib ki, ayağından tapança yarası alan 1966-cı il təvəllüdlü Şirvan şəhər sakini Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan "Odessa” Teyyub kimi tanınıb.

2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi də müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam edir.

"Demokratik.Az"

Oxşar xəbərlər