İlon Mask ən böyük qorxu və ümidini açıqladı

  • 28 mart 2022, 09:20
Dünyanın ən zəngin adamı İlon Mask həyatda ən çox nədən qorxduğunu və ən böyük ümidini açıqlayıb.
“Tesla” və “SpaceX”in rəhbəri “Insider”ə verdiyi geniş müsahibədə şəxsi həyatı ilə bağlı da açıqlamalar verib.
“Doğum nisbətinin azalması bəşəriyyətin üzləşdiyi ekzistensial təhlükələrdən biridir. Bu, bəşər sivilizasiyasının gələcəyi üçün ən böyük təhlükə ola bilər. Süni intellektin yanlış inkişafı ilə bağlı narahatlıq da var. Düşünürəm ki, dini radikallaşma da başqa bir narahatlıq doğuran məqamdır”, - deyə iş adamı bildirib.
O, ən böyük ümidinin bəşəriyyətin Marsda özünü təmin edən bir şəhər qurması olduğunu söyləyib.
Dünyanın ən varlı insanı xoşbəxt olmaq üçün həm işdən, həm də şəxsi həyatından razı qalmağı vacib saydığını dilə gətirib.
Bir müddət əvvəl iki övladı olduğu kanadalı müğənni Qraymsdan ayrılan Mask indi orta dərəcədə xoşbəxt olduğunu bildirib.
Mənbə: “Haber Global”
Oxşar xəbərlər