Demokratik TV
Xəbər lenti
Bərdədə un bahalaşdı
- 19 mart 2022, 11:13
Ölkədə kifayət qədər taxıl və un ehtiyatı olsa da, Bərdədə unun qiyməti artıb. Bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur. Son 3 gündə Bərdədə unun qiyməti təxminən 5-10 faiz bahalaşıb. Apardığımız müşahidələrə əsasən, 3 gün öncə ilə müqayisədə indi əla növ unun bir kisəsi 2 manat baha satılır.
Demokratik.Az oxu.az-a istinadla məlumatına görə, satıcılar bildirirlər ki, hazırda unun qiyməti 40 manatadır.
Onlar iddia edirlər ki, unun topdansatış mərkəzlərindən gətirilməsi çətinləşib.
Qeyd edək ki, bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat olaraq açıqlanmışdı. İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinin 599-76-00 telefon nömrəsinə müraciət edə bilərlər.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
Un və çörək istehsalçıları: "Qiymət artmayacaq"
Qurban bayramında 88 ünvanda heyvan satışı və kəsimi olacaq – SİYAHI
Dava çörək davası - Hökumət bahalaşmanın qarşısını ala bilərmi?
İqtisadiyyat Nazirliyi ilə bağlı yeni FƏRMAN - Hansı qurumlar ləğv edildi?
ÇİN dünyanın ərzağını alır? - Qlobal aclıq olacaq?
5 manatlıq dərman niyə 5 dəfə baha satılır? Dərman mafiyası ilə bağlı ŞOK ARAŞDIRMA
Prezident Hökuməti topladı
“Azərbaycanda devalvasiya qədər təhlükəli proses gedir” - Natiq Cəfərli
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti