Binədə "keçi mersedes"lərlə qanunsuz sərnişindaşıma niyə durdurulmur? - VİDEOŞİKAYƏT

  • 14 yan 2022, 23:20
Bakının Binə qəsəbəsində bir qrup işbaz istismara yararsız olan və heç bir icazə sənədi olmayan mikroavtobuslara himayədarlıq həyata keçirərək qanunsuz sərnişindaşıma həyata keçirirlər. Özbaşınalıq yerli qurumların, eləcə də DYP və Bakı Nəqliyyat Departamentinin də maraqları çərçivəsində həyata keçirilir.
Demokratik.Az-ın əldə etdiyi məlumata görə, hər gün 10-larla mikroavtobusun sürücüsü hər biri qeyri-qanuni fəaliyyətin müqabilində 70 manat pulu Mahir və Anar adlı şəxsə verməyə məcbur edilirlər.

Mənbənin sözlərinə görə, köhnə mersedes markalı mikroavtobuslardan bir çoxu Anarın öz maşınlarıdır (məsələn - AZ10-XG-735; AZ10-MK-982; AZ99-NR-326 və sair) və maşınlar sürücülərə arenda kimi paylanmaqla, dövlətə vergi ödəmədən, lisenziyasız qaydada 160 saylı marşrut xətti üzrə şütüyürlər. Nəticə etibarilə, bu işin təşkilatçıları ayda təxminən 30 min manatdan artıq pul qazanırlar. Sürücülərə etibarnamə belə verilmədiyi, bəzilərinin sürücülük vəsiqələrinin belə olmadığı, texniki baxışdan keçirilmədiyi, istifadəsi belə ictimai təhlükəli olduğu iddia edilir. Lakin, deyilən özbaşınalıqdan heç də hamı yararlana bilmir, əksinə, çörək arxasınca sükana əyləşən bəzi sürücünün çörəyinə Mahir-Anar cütlüyü bais də olurlar.

Əliyev Məhəmməd Vaqif oğlu da sərnişindaşımaya qanunsuz cəlb edilmiş sürücülərdəndir. Onun bildirdiyinə görə, doğmaları üçün çörəkpulu əldə etmək üçün bir müddət Binə qəsəbəsinin mərkəzindən Südçülük Sovxozuna adam daşıyıb, lakin, son günlər ona qarşı haqsızlıq baş verir. Digər sürücülər Anarın tapşırığı ilə onun çörək qazanmağının qarşısını alırlar. Bu işlərdə də ona qarşı QAİ-nin sonu 240 mömrəsilə bitən xidməti maşını və maşına təhkim edilmiş DYP əməkdaşları canfəşanlıqla iştirak edirlər. Binə sakini olan M.Əliyevin səmimiyyətindən aydın olur ki, onun məqsəd və niyyəti digər işbazlardan fərqli olaraq ailəsinə yavan çörək qazanmaqdır.

Faktla əlaqədar aidiyyatı qurumları hərəkətə keçməyə, işbazları cəzalandırmağa çağırır, Binə qəsəbəsinin sakinlərinə isə azından öz təhlükəsizlikləri naminə bu salxaq maşınlara minməməyi tövsiyyə edirik...

Demokratik.Az
Oxşar xəbərlər